İspaniya "Atletiko"su baş məşqçisi Dieqo Simeonenin rəhbərliyi altında 250-ci qələbəsini qazanıb. Matç.az xəbər verir ki, bu yubiley Primeranın XIX turuna təsadüf edib.

"Levante" üzərində 1:0 hesablı qələbə mütəxəssis üçün əlamətdar olub. O, bu göstəricidə klub tarixində 2-ci mütəxəssisdi. Yalnız Luis Araqones "Atletiko" ilə daha çox – 308 dəfə qalib gəlib.

Simeone bütün turnirlərdəki 250-ci qələbəsini 408-ci oyunda əldə edib. Qalibiyyət faizi 61-ə bərabərdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest