İspaniya Primerasının autsayderi "Ueska"nın yeni baş məşqçisi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, Araqon təmsilçisi Leo Frankonu istefaya göndərəndən sonra bir sutka keçməmiş yeni çalışdırıcı tapıb.

Bundan sonra "Ueska"nı Fransisko Rodriges çalışdıracaq. "Almeriya"ya rəhbərlik etdiyi dövrdə 52 oyunluq Primera təcrübəsinə malik mütəxəssis yeni klubunu zirzəmidən çıxarmalıdı.

Sabah yeni məşqçinin təqdimatı keçiriləcək. Tədbir "El Alkoros" stadionunda təşkil olunacaq.

Qeyd edək ki, 8 oyundan sonra hesabında 5 xal olan "Ueska" 20 komanda arasında sonuncu pillədə qərarlaşıb. Frankonun vəzifəsindən kənarlaşdırılmasına da məhz bu uğursuzluq səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest