"Şalke"nin futbolçusu Yohannes Qais klubu tərk edib. Matç.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi karyerasını aşağı dəstədə davam etdirəcək.

25 yaşlı futbolçu 2-ci Bundesliqada mübarizə aparan "Köln"ə keçib. Yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində "Qroyter Fürt", "Mayns" və "Sevilya"da çıxış edən Qais cari mövsümdə heyətində olduğu "Şalke"yə lazım olmayıb. Belə ki, yarımmüdafiəçi heç bir oyunda meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest