Serbiyanın "çukariçki" komandasının yarımmüdafiəçisi Marko Doçiç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri ilk oyunundan öncə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bizi qarşıda iki çətin oyun gözləyir. Rəqib yaxşı müdafiə olunan intizamlı komandadır. "Sumqayıt" beş medafiəçi ilə oynayır. Əks hücumlarda sürətli futbolçuları var və təhlükəli rəqibdir. İlk matçı Serbiyada oynamaq bizim üçün üstünlükdür. Burada müsbət nəticə qazansaq, cavab görüşü asan ola bilər. Rəqibin güclü və zəif tərəflərini bilirik. Azərbaycanda futbol təcrübəsi olan oyunçu və məşqçilərdən təlimat aldıq. Sabah meydana çıxmağı səbrsizliklə gözləyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest