14 Yanvar 2019, 15:22
FUTBOL
İspaniya Primerasının II dövrəsində keçiriləcək "Real" – "Barselona" oyununun tarixi dəqiqləşib. Matç.az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tabas qarşılaşmanın martın 2-də baş tutacağını açıqlayıb.
Madridin "Santyaqo Bernabeu" stadionundakı "El-Klasiko" Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, I dövrənin ötən ilin oktyabrında keçirilən matçında "Barselona" 5:1 hesabı ilə qalib gəlmişdi.