Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya" komandasının heyətində növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, onun formasını geyindiyi komanda UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Estoniya "Flora"sı ilə qarşılaşıb.
 
üç qolun qeydə alındığı qarşılaşma Polşa çempionunun çətin qələbəsiylə yekunlaşıb – 2:1. Mahir bu oyuna start heyətdə başlayıb və 56-cı dəqiqədə əvəzlənib. 
 
Qeyd edək ki, "Legiya"nın "Flora" ilə cavab qarşılaşması iyulun 27-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest