Xosep Qvardiola "Mançester Siti"nin transfer işləri ilə bağlı sualı cavabıandırıb. Matç.az saytının məlumatına görə, ESPN-ə danışan katalon mütəxəssis maraqlı açıqlamaları ilə diqqət çəkib.

O, klub olaraq maddi vəziyyətlərinin bilindiyi qədər yüksək olmadığı deyib: "Transfer bazarında hansısa oyunçu üçün bir müştəri olanda keçidi reallaşdırmaq asan olur. Amma eyni vaxtda bir neçə klub rəqabət aparanda bu iş çətinləşir. Xüsusilə də "Real" və "Barselona" ilə rəqabət aparmaq olduqca çətindi. Bizim maliyyə vəziyyətimiz Avropada 8-9-cu sıradadı. çalışırıq ki, stabil heyət və büdcə ilə yolumuza davam edək".

Qeyd edək ki, karyerası ərzində "Barselona" və "Bavariya"da çalışmış Pep 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest