14 Yanvar 2019, 20:07
FUTBOL
Topaz Premyer Liqasının ikinci dövrəsinə Antalyada hazırlaşan "Keşlə" bu gün də məşqləri davam etdirib. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi günü iki məşqlə başa vurub.
"Riu Kaya-Belek" otelinin məşq meydançasında baş tutan hazırlıq prosesində komanda isinmə hərəkətləri, fiziki təmrinlərin ardından topla çalışıb.
Komandanın heyətində zədəli oyunçu yoxdur.
Qeyd edək ki, "Keşlə" Antalyada 4 yoxlama görüşü keçirəcək.