Asiya kubokunda III tura start verilib. Matç.az saytının məlumatına görə, A qrupunda mübarizəyə yekun vurulub.

Əvvəlcə Hindistanla Bəhreyn üz-üzə gəlib. Görüş ərəblərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Camal Raşed sonuncu dəqiqədə fərqlənib.

Ardınca isə BƏƏ Taylandla qarşılaşıb. Bu oyunda qalib bilinməyib. Hərəyə bir qol vuran tərəflər qrup mərhələsini bir xalla başa vurublar. Ərəblərin heyətində Ali Ahmet Mabxut fərqlənibsə, Taylandın qolunu Puançan vurub.

Qeyd edək ki, bu nəticələrdən sonra BƏƏ və Bəhreyn uyğun olaraq 5 və 4 xal toplayaraq qrupdan çıxıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest