İtaliya kubokunda 1/8 finalın daha bir oyunu keçirilib. Matç.az saytının məlumatına görə, günün yeganə qarşılaşmasında "Kalyari" ilə "Atalanta" üz-üzə gəlib.

Görüş ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zapata və Paşaliç komandasına qələbə qazandıran qollara imza atıblar.

Bu nəticə ilə 1/4 finala yüksələn komanda "Yuventus"a rəqib olub.

Digər 1/4 final cütlükləri isə aşağıdakı kimi formalaşıb: "Milan" – "Napoli", "Latsio" – "İnter". "Fiorentina"nın rəqibi isə sabah bəlli olacaq.

Qeyd edək ki, sonuncu 1/8 final oyunu sabah "Roma" ilə "Entella" arasında keçiriləcək.

 

İtaliya kuboku

1/8 final

"Kalyari" – "Atalanta" – 0:2

Qollar: Zapata, 88, Paşaliç, 90+3

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest