15 Yanvar 2019, 09:04
FUTBOL
Portuqaliya çempionatının ikinci liqasında daha bir oyun keçirilib. Matç.az xəbər verir ki, XVII turun qarşılaşmasında "Famalikao" "Eştoril"i qəbul edib.
Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun komandası səfər görüşündə 0:2 hesabı ilə məğlub olub. Təmsilçimiz matçın 83-cü dəqiqəsində komanda yoldaşını əvəzləyərək oyuna girib.
Qeyd edək ki, 17 turdan sonra 30 xala malik "Eştoril" 3-cü pillədə qərarlaşıb.