İtaliya kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Matç.az xəbər verir ki, bu raundun son görüşündə "Roma" "Entella"nı qəbul edib.

A seriyası təmsilçisi ev oyununda aşağı liqa təmsilçisini darmadağına uğradıb – 4:0. Bununla da növbəti raunda adlayan Romanın eyniadlı təmsilçisi yanvarın 30-da keçiriləcək 1/4 finalda "Fiorentina" ilə qarşılaşacaq.

Qeyd edək ki, digər 1/4 final oyunlarında "Milan" – "Napoli", "İnter" – "Latsio" və "Yuventus" – "Atalanta" cütləri mübarizə aparacaq.

İtaliya kuboku
1/8 final
"Roma" – "Entella" – 4:0

Şik, 1, 47, Markano, 45+1, Pastore, 75

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest