15 Yanvar 2019, 10:17
FUTBOL
İspaniyalı David Silva "Mançester Siti"nin tarixinə düşüb. Matç.az xəbər verir ki, yarımmüdafiəçi İngiltərə klubunun heyətində ən çox Premyer Liqa oyunu keçirən futbolçu adına yiyələnib.
Belə ki, "Vulverhempton"la dünən baş tutan görüş Silvanın komandasında 267-ci matçı olub. Bununla da ispaniyalı qapıçı Co Hartı arxada qoyub. İngiltərə millisinin sabiq qapıçısı Premyer Liqada MS formasında 266 oyun keçirib.