15 Yanvar 2019, 10:38
FUTBOL
İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Matç.az xəbər verir ki, "Haddersfild" Devid Vaqnerlə müqaviləyə qarşılıqlı razılıqla xitam verib.
Klubun direktorlar şurası və baş məşqçi arasında danışıqlarda qərara alınıb ki, komandanın gələcəyi naminə belə addım atılmalıdı. 3,5 ildi "Haddersfild"in çalışdıran 47 yaşlı mütəxəssis komandanı 45 ildən sonra Premyer Liqaya çıxarmışdı.
ötən il 16-cı yeri tutaraq elitada qalan klub cari mövsüm 22 oyundan sonra 11 xalla 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Vaqner Slavişa Yokanoviç (Fulhem), Mark Hyuz (Sauthempton) və Joze Mourinyodan (MY) sonra Premyer Liqada istefa verən 4-cü baş məşqçidi.