Tokio Yay Olimpiya Oyunlarında kişi voleybolunda mübarizə davam edir. Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinin ikinci turuna start verilib. İlk turda sürprizə imza ataraq Polşanı məğlub edən İran, bu gün ikinci qələbəsini qazanıb və qrup liderliyinə yüksəlib. Dünya çempionu Polşa Rio-2016-nın gümüş medalçısı İtaliyaya set verməyib.

B qrupunda 2016-cı il Yay Olimpiya Oyunlarının üçüncülük matçının revanşı oynanılıb. 5 il əvvəldən fərqli olaraq, bu səfər ruslar - ROK (Rusiya Olimpiya Komitəsi) ABŞ-ı məğlub etməyi bacarıb. Fransa isə sürprizə imkan verməyərək Tunisi üstələyib.

A qrupu

İran - Venesuela - 3:0 (25:17, 25:20, 25:18)

Polşa - İtaliya - 3:0 (25:20, 26:24, 25:20)

14:40. Yaponiya - Kanada

B qrupu

ABŞ - ROK (Rusiya Olimpiya Komitəsi) - 1:3 (23:25, 25:27, 25:21, 23:25)

Fransa - Tunis - 3:0 (25:21, 25:11, 25:21)

16:45. Braziliya - Argentina

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest