Futbol üzrə Rusiya çempionatında 2021/22 mövsümünün ilk turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan "Soçi" də yeni mövsümdə ilk çempionat matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Nijni Novqorod"la qarşılaşıb. "Keşlə"nin rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Qeyd edək ki, "Keşlə" səfərdə baş tutan ilk oyunda bu rəqibinə 0:3 hesabıyla məğlub olub. Cavab qarşılaşması iyulun 29-da Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest