15 Yanvar 2019, 16:02
FUTBOL
Bakıda müstəqil fəaliyyət göstərən futbol məktəbləri və akademiyaları arasında "Akademiya kuboku" turniri təşkil olunacaq. Matç.az xəbər verir ki, bu turnir ötən il dekabrın 7-də AFFA-nın Futbol Akademiyasının inzibati binasında qurumun əməkdaşları ilə müstəqil fəaliyyət göstərən bir neçə uşaq futbol məktəbinin rəhbərləri arasında görüşün nəticəsində gerçəkləşəcək.
Fevralın 5-də başlayacaq turnirdə 2011-2012-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar iştirak edəcəklər. Komandalar və futbolçular yanvarın 16-dan fevralın 1-dək qeydiyyatdan keçməlidirlər. (affa.az)