"Sumqayıt"ın prezidenti Riad Rəfiyev bu gün Təbrizin "Traktorsazi" klubunun nümayəndələri və klubun sahibi Mohammad Reza Zonuzi ilə görüşüb. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, hər iki klubun rəhbərləri arasında əməkdaşlıq barədə razılıq əldə olunub.

Bu gündən etibarən "Sumqayıt" və "Traktorsazi" arasında əməkdaşlıq münasibətləri başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest