Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" 3-cü mərhələdə Finlandiyanın HJK komandasını keçsə, pley-offda "Fənərbaxça" (Türkiyə) ilə qarşılaşacaq.
 
Türkiyənin digər təmsilçisi "Qalatasaray"ın pley-offdakı potensial rəqibi isə Danimarka "Randers"i olub.
 
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da keçiriləcək.
 
Avropa Liqası
Pley-off mərhələsi
 
Randers (Danimarka) – Qalatasaray (Türkiyə)/Sent-Conston (Şotlandiya) cütünün qalibi
 
Rapid (Avstriya)/Anartosis (Kipr) cütünün qalibi – Zarya (Ukrayna)
 
Yablonets (çexiya)/Seltik (Şotlandiya) cütünün qalibi – Alkmaar (Niderland)
 
Fənərbaxça (Türkiyə) – Neftçi (Azərbaycan)/HJK (Finlandiya) cütünün qalibi
 
Mura (Sloveniya)/Jalgiris (Vilnüs, Litva) cütünün qalibi – Şturm (Avstriya)
 
Omoniya (Kipr)/Flora (Estoniya) cütünün qalibi – Antverpen (Belçika)
 
Olimpiakos (Yunanıstan)/Ludoqorets (Bolqarıstan) cütünün məğlubu – Linkoln (Cəbəllütariq)/Slovan (Slovakiya) cütünün qalibi
 
Malmö (İsveç)/Reyncers (Şotlandiya) cütünün məğlubu – Kayrat (Qazaxıstan)/Alaşkert (Ermənistan) cütünün qalibi
 
Ferentsvaroş (Macarıstan)/Slaviya (çexiya) cütünün məğlubu – Dinamo (Zaqreb, Xorvatiya)/Legiya (Varşava, Polşa) cütünün məğlubu
 
Srvena Zvezda (Serbiya)/Şerif (Moldova) cütünün məğlubu – çFR (Rumıniya)/Yanq Boyz (İsveçrə) cütünün məğlubu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest