Yanvarın 13-dən Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" sabah Antalyada ilk yoxlama oyununu keçirəcək. Matç.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Almaniyanın "Meppen" klubu ilə qarşılaşacaq.
Matç "Papillon Oteli"nin məşq meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
"Qəbələ"nin "Meppen"lə görüşü 3 hissədən ibarət olacaq. "Qırmızı-qaralar"ın ilk sınaqçı rəqibi 1912-ci ildə yaradılıb. Eyni adlı şəhəri təmsil edən 107 yaşlı klub Almaniya çempionatının 3-cü liqasında mübarizə aparır. ötən mövsümdə 7-ci olan meppenlilər cari çempionatda qış fasiləsinə 16-cı pillədə yollanıb.
Yoxlana oyunu
16 yanvar
15:30. "Qəbələ" (Azərbaycan) – "Meppen" (Almaniya)
"Papillon Oteli"nin meydançası