Avropa yığmalarının iştirakı ilə yoxlama oyunu keçirilib. Matç.az xəbər verir ki, Qətərin paytaxtı Dohada toplanışda olan İslandiya və Estoniya yığmaları üz-üzə gəlib.

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. "Qarabağ"ın qapıçısı Hannes Halldorssonun yoxluğunda onu İnqvar Yonsson və 80-ci dəqiqədə meydana daxil olan Anton Ari Eynarsson əvəzləyib. Onlar matçı qol buraxmadan başa vurmağı bacarıblar.

Qeyd edək ki, İslandiya millisi 4 gün öncə İsveçlə də heç-heçə etmişdi – 2:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest