İngiltərənin "Fulhem" klubu heyətinə yeni futbolçu qatıb. Matç.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyə "Beşiktaş"ında çıxış edən Rayan Babeli transfer edib.

Hollandiyalı futbolçu yeni komandasında 12 nömrəli formanı geyinəcək. 32 yaşlı hollandiyalı cari mövsümün 19 oyununda 6 qol vurub.

Qeyd edək ki, Babel "Liverpul", "Ayaks", "Kasımpaşa", "Hoffenhaym", "Deportivo" və "Əl-Əyn"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest