16 Yanvar 2019, 02:16
FUTBOL
İngiltərə kubokunda 1/32 final mərhələsi çərçivəsində təkrar oyunlara start verilib. Matç.az xəbər verir ki, ilk oyunda qalibi müəyyənləşdirə bilməyən cütlərdən üçü yenidən üz-üzə gəlib.
Bu matçlarda "Şroysberi", "Nyukasl" və "Şeffild Uensdey" qalib gəlib. Sonuncular 1/16 finalda "çelsi"yə rəqib olublar. "Şroysberi" "Vulverhempton", "Nyukasl" isə "Uotford"la görüşəcək.
İngiltərə kuboku
1/32 final
Təkrar oyunlar
15 yanvar
"Blekbern" – "Nyukasl" – 2:4, əlavə vaxtda
Armstronq, 33, Lenihan, 45 – Lonqsteff, 1, Roberts, 22, Xoselu, 105, Peres, 106
"Luton" – "Şeffild Uensdey" – 0:1
Nuhiu, 46
"Stok Siti" – "Şroysberi" – 2:3
Kempbell, 20, 36 – Bolton, 51, Okanabiri, 78-p., Loran, 81