İspaniya kubokunda 1/8 finalın cavab oyunlarına start verilib. Matç.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

1/4 finala ilk vəsiqələrə "Xetafe" və "Valensiya" sahib çıxıb. Birincilər ilk matçdakı qələbə sayəsində tur adlayıb. Qaliblər səfərdə heç-heçə edərək üstünlüklərini qoruya biliblər. "Valensiya" isə səfərdəki məğlubiyyətin əvəzini çıxmağa nail olub.

İspaniya kuboku

1/8 final

Cavab oyunlar

15 yanvar

"Valyadolid" – "Xetafe" – 1:1

Verde, 50 – Rodriges, 29-p.

İlk oyun – 0:1

"Valensiya" – "Xixon" – 3:0

Mina, 65, 76, Torres, 90

İlk oyun – 1:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest