U-21-lər arasında AVRO-2021-in seçmə mərhələsində Azərbaycanın rəqibi olan Slovakiya millisinin planları pozulub. Matç.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan rəqibimizin yoxlama oyunu baş tutmayıb.

özbəkistanın U-23 komandası ilə görüşməli olan slovakiyalılar əlverişsiz hava şəraiti üzündən meydana çıxa bilməyib. Gün ərzində oyun bir neçə dəfə müəyyən qədər sonraya çəkilsə də, görüşü keçirmək mümkün olmayıb. Nəticədə rəqibimizin asiyalılarla qarşılaşmaq istəyi gerçəkləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest