16 Yanvar 2019, 10:00
FUTBOL
Futzal üzrə FİFA referisi Hikmət Qafarlı təyinat alıb. Matç.az xəbər verir ki, ədalət təmsilçisi dünya çempionatının Avropa üzrə ilkin seçmə mərhələsinin oyunlarında iş başında olacaq.
O, Bolqarıstanda keçiriləcək G qrupunun görüşlərini idarə edəcək. Bu qrupda Bolqarıstan, Hollandiya, Monteneqro və Estoniya milli komandaları mübarizə aparacaq. Qarşılaşmalar yanvarın 29-dan fevralın 3-dək keçiriləcək.
Qeyd edək ki, bu qrupda 2-ci yeri tutan komanda Azərbaycan millisinin rəqiblərindən biri olacaq.