Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələrinin (KONKAKAF) ən yaxşı futbolçusu müəyyənləşib. Matç.az xəbər verir ki, Meksika millisinin və Hollandiya PSV-sinin oyunçusu İrvinq Lozano zonanın ən yaxşısı seçilib.

Ən yaxşı qadın futbolçusu isə ABŞ yığmasının üzvü Aleks Morqan olub. Rəmzi yığmada qapıçı Keylor Navas (Kosta-Rika, "Real"), müdafiəçilər Uqo Ayala (Meksika, "Tiqres"), Edson Alvares (Meksika, "Amerika), Kuko Martina (Kurasao, "Stok Siti"), Fransisko Kalvo (Kosta-Rika, "Minnesota"), yarımmüdafiəçilər Ektor Errera (Meksika, "Porto"), Andres Quardado (Meksika, "Betis"), Maykl Bredli (ABŞ, "Toronto"), hücumçular Sebastyan Covinko (İtaliya, "Toronto", Bredli Rayt Filips (İngiltərə, "Nyu York Red Bullz") və İrvinq Lozano (Meksika, PSV) yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest