İtaliyanın "Fiorentina" klubu heyətinə yeni futbolçu qatıb. Matç.az xəbər verir ki, Florensiya təmsilçisi "Empoli"nin yarımmüdafiəçisi Hamed Traoreni transfer edib.

Yeni oyunçu ilə müqavilə 2023-cü il iyunun 30-na qədər nəzərdə tutulub. 18 yaşlı italiyalının keçidi 12 milyon avroya başa gəlib.

"Fiorentina" gənc oyunçunu alan kimi sabiq komandasına icarəyə verib. Belə ki, Traore cari mövsümün sonunadək icarə əsasında "Empoli"də oynayacaq.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm A seriyasının 16 oyununda 1 qol ötürməsi ilə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest