İngiltərənin "çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi sabiq hücumçusu Romelu Lukakunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Milan "İnter"indən transfer olunan belçikalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
 
Britaniya mətbuatının yazdığına görə, London klubu bu transferə görə "İnter"ə 115 milyon avro ödəyəcək.
 
Qeyd edək ki, Romelu Lukaku 2019-cu ilin avqustundan "İnter"də çıxış edirdi. O, bu komandanın heyətində iki mövsüm ərzində meydana çıxdığı 95 matçda 64 qola imza atıb.
 
Belçika yığmasının da üzvü olan forvard 2011-2014-cü illər aralığında "çelsi"də çıxış edib. Lakin o, həmin vaxt bu komandada əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün "Vest Bromviç" və "Everton"a icarəyə verilib.
 
Lukaku həmin vaxt "çelsi"dən "Everton"a transfer olunub. Daha sonra o, iki mövsüm "Mançester Yunayted"də də çıxış edib.
 
"Anderlext"in yetirməsi olan, peşəkar karyerasına da məhz bu komandada başlamış 28 yaşlı futbolçu, ölkəsinin millisində 98 oyuna 64 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest