İngiltərə kubokunda daha bir oyun keçirilib. Matç.az xəbər verir ki, 1/32 finalın təkrar oyununda "Sauthempton"la "Derbi Kaunti" üz-üzə gəlib.

Matçın 120 dəqiqəsi qalibi müəyyənləşdirmək üçün yetərli olmayıb – 2:2. Penaltilər seriyasında qonaqlar üstün olub.

1/16 finala yüksələn "Derbi Kaunti" "Akrinqton"la üz-üzə gələcək. Bu oyun yanvarın 26-da baş tutacaq.

İngiltərə kuboku

1/32 final

Təkrar oyun

16 yanvar

"Sauthempton" – "Derbi Kaunti" – 2:2, pen.3:5

Armstronq, 68, Redmond, 70 – Uilson, 76, Vaqhom, 82

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest