17 Yanvar 2019, 09:22
FUTBOL
Fransa kubokunda 1/32 final mərhələsinin bir matçı keçirilib. Matç.az xəbər verir ki, "Qrenobl" öz meydanında "Strasburq"la qarşılaşıb.
Oyunun taleyi əlavə vaxtda həll olunub. 1 qol vuran qonaqlar 1/16 finala yüksəliblər. "Strasburq"un yanvarın 22-23-də keçiriləcək raunddakı rəqibi PSJ olacaq.
Fransa kuboku
1/32 final
16 yanvar
"Qrenobl" – "Strasburq" – 0:1, əlavə vaxtda
Zohi, 96