Türkiyə kubokunda daha 3 oyun keçirilib. Matç.az xəbər verir ki, 1/8 finalın ilk oyunları çərçivəsindəki qarşılaşmalarda meydan sahibləri qalib gəliblər.

"Yeni Malatyaspor" matçın sonunda vurulan qollarla əzmkar qələbə əldə edib. "Başakşəhər" isə minimal hesabla qalib gəlib. "Trabzonspor" cavab oyunu öncəsi çətin qələbəyə sevinib.

Qeyd edək ki, cavab matçları yanvarın 22-24-də keçiriləcək.

Türkiyə kuboku

1/8 final

İlk oyunlar

16 yanvar

"Yeni Malatyaspor" – "Bodrumspor" – 3:2

Aleksiç, 80-p., 89, Pereyra, 83 – Sol, 7, Keyta, 45

"Başakşəhər" – "Hatayspor" – 1:0

Adebayor, 32

"Trabzonspor" – "Balıkəsirspor" – 2:1

Ekuban, 45, Rodalyeqa, 63 – çalışkan, 48

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest