"Sumqayıt" Futbol Klubu ilə "Pizza Inn" arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, imzalanmış müqavilə bir il müddətində qüvvədə olacaq. Razılaşmaya əsasən, bu müddət ərzində "Pizza Inn" komandamızı qida məhsulları ilə təmin edəcək. Bunun qarşılığında isə klubun ev oyunlarının keçirildiyi "Kapital Bank Arena"da şirkətin tanınma nişanının olduğu bannerlər yer alacaq. Həmçinin klubun rəsmi sosial şəbəkə paylaşımlarındakı sponsorların arasında "Pizza Inn"in tanınma nişanı öz yerini tapacaq. Bundan başqa, "Pizza Inn" ilə birlikdə azarkeşlər üçün müxtəlif kampaniyalar keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest