Bu gün Tovuz şəhər stadionunda Birinci divizionda mübarizə aparan "Turan Tovuz" klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli "Danışılmış oyun  haqqında nələri bilməliyik?" və "Bizim hədəfimiz sizi qorumaqdır" mövzularında mühazirə oxuyub, təqdimatla çıxış edib.

Futbolçuların və məşqçilərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya eletron ünvanlara məlumat ötürə bilərlər: http://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967

Xatırladaq ki, bir müddət əvvəl "Səbail" və "Kəpəz" klubunun üzvləri üçün də belə seminar təşkil olunub. Bu cür maarifləndirici görüşlər digər klublarla da keçiriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest