İngiltərənin "Haddersfild" klubu boş qalan baş məşqçi postuna mütəxəssis tapıb. Matç.az xəbər verir ki, Premyer Liqa klubu bu vəzifəyə Yan Ziverti gətirəcək.

Almaniyada Dortmund "Borussiya"sının ikinci komandasını çalışdıran məşqçi ilə razılıq ələ olunub. O, yaxın günlərdə yeni vəzifəsinə təyin olunacaq.

İngiltərə klubu "Borussiya"ya 300 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşan "Haddersfild" bir neçə gün öncə 2015-ci ildən baş məşqçi olan David Vaqneri istefaya göndərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest