Antalyada təlim-məşq toplanışını davam etdirən "Sabah"ın hazırlıq çərçivəsində keçirəcəyi növbəti oyunun vaxtı dəqiqləşib. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, komandanın Macarıstanın MTK  klubuyla görüşünün başlama saatı müəyyənləşib.

Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 16:00-da başlayacaq. Oyun "Titanik" otelinin stadionunda baş tutacaq.

Xatırladaq ki, "Sabah" Antalya toplanışında daha öncə Türkiyənin "Əskişehirspor" klubunu 1:0 hesabıyla məğlub edib, Qazaxıstan "Tobol"uyla isə 2:2 hesablı heç-heçəyə imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest