"Yorğunluğun fonunda oynamaq çətindir. Bununla belə, komandamızın üzvləri xarakter göstərdilər". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Məhəmməd Mirzəbəyov klubun rəsmi saytına deyib.

Təcrübəli müdafiəçi "Qaz Metan"la Antalyadakı yoxlama oyunu (3:0) barədə fikirlərini açıqlayıb: "Məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazandıq. Gənc futbolçulara gəlincə, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Əli Şirinov isə iki qol vurdu. Gənc futbolçu üçün bu asan deyil. Ona uğurlar və öz üzərində daha çox işləməyi arzulayıram. Bəlkə də bizi qarşıda çətin yol gözləyir. çalışıb, bu yolu birlikdə keçməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest