Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt"ın 2-ci yoxlama oyununun vaxtı və yeri açıqlanıb. Matç.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi sabah növbəti sınağına çıxacaq.

Ayxan Abbasovun yetirmələri Bosniya və Herseqovina təmsilçisi "çelik"lə qarşılaşacaq. Matç Topkapı otelinin stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə 16:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest