İngiltərə millisinin 2018-ci ildəki ən yaxşı futbolçusu bəlli olub. Matç.az xəbər verir ki, yığmanın və "Tottenhem"in kapitanı Hari Keyn ən yaxşı adına layıq görülüb.

O, ardıcıl 2-ci dəfə bu mükafata layiq görülüb. Keyn ötən il 6 qolla Dç-2018-in ən yaxşı bombardiri də olmuşdu.

İngiltərənin gənclər yığmasının ən yaxşısı adı isə Dominik Kalvert-Lyuinə nəsib olub. "Everton"un hücumçusu həmyaşıdları arasında hamını qabaqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest