"Cari mövsümün ikinci yarısının hazırlıqlarına Bakıda başladıq və intensiv məşq etdik. Antalyadakı məşqlər də eyni tempdə keçir". Matç.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Slavik Alxasov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Antalyadakı təlim-məşq toplanışı çərçivəsində özbəkistanın U-23 yığmasına qarşı keçirilən oyun (0:0) barədə fikirlərini açıqlayıb: "ümumilikdə təlim-məşq toplanış prosesi yaxşı keçir və məşq hazırlığını yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bu gün toplanış çərçivəsində ilk matça da çıxdıq. Ağır məşqlərdən sonra özbəkistanın U-23 milli komandasına qarşı oynamaq heç də asan olmadı. özbəklərin çox yaxşı komandaları var. ümumiyyətlə, ilk oyun həmişə ağır olur. Əsas işimiz çempionata yaxşı hazırlaşmaqdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest