"Yaxşı və vacib sınaq oldu". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin klubun saytına deyib.

İtaliyalı mütəxəssis Rumıniyanın "Qaz Metan" klubu ilə Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyunu (3:0) barədə fikirlərini açıqlayıb: "Nəticədən başqa, futbolçuları izləmək, onların bir-biri ilə anlaşmalarını görmək vacib idi. Düzdür, fiziki hazırlıq və xətlərarası anlaşma üzərində işləməliyik. Amma bunun üçün kifayət qədər vaxtımız var. önəmlisi odur ki, yoxlama oyunlarına yüksək əhval-ruhiyyə ilə başladıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest