21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə yoxlama görüşü keçirəcək Moskva "Spartak"ının əvəzedici komandası təlim-məşq toplanışı üçün Antalyaya yollanıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Viktor Bulatovun kollektivi fevralın 2-dək Belekdə hazırlıq keçəcək.
Səfərə 21 oyunçu ilə yollanan "Spartak"da daha 3 nəfərin baxışa gəlməsi gözlənilir. Moskvalılar 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. İlk olaraq yanvarın 24-də yığmamızla qarşılaşacaq Rusiya təmsilçisi həmçinin Bolqarıstan "Arda"sı (29 yanvar) və Qazaxıstan "İrtış"ı (1 fevral) ilə görüşəcək.
Qeyd edək ki, yanvarın 21-24-ü aralığında Türkiyədə hazırlıq keçəcək gənclər yığmamızın heyətinə yalnız Premyer Liqa və I divizionda çıxış edən oyunçular dəvət olunub.