"Barselona"nın yarımmüdafiəçisi Denis Suaresin "Arsenal"a keçidi tamamlanıb. Matç.az xəbər verir ki, bu barədə məlumatı RAC1 yayıb.

Bildirilir ki, klublar arasında danışıqlar artıq müsbət nəticələnib. Razılığa əsasən, "topçular" 25 yaşlı orta sahə oyunçusunu 2 milyon avroya 6 aylıq icarəyə götürəcək. London təmsilçisi yayda futbolçunu 20 milyon avro müqabilində birdəfəlik transfer etmək hüququna malik olacaq. Keçidin gün ərzində açıqlanması gözlənilir.

Qeyd edək ki, Denis Suares bu mövsüm La Liqada cəmi 2 oyunda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest