Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. Matç.az xəbər verir ki, Millətlər Liqasındakı uğursuzluq səbəbilə vəzifəsindən ayrılan bolqarıstanlı Stanimir Stoilovun xələfi bəlli olub.

Qazaxıstan yığmasını çexiyalı Mihal Bilek çalışdıracaq. 53 yaşlı mütəxəssisin köməkçiləri də bəllidi. çexiyalıya slovakiyalı Mihal Hipp, həmçinin yerli mütəxəssis Talqat Baysufinov kömək edəcək. Nikolay Rodionov isə qapıçılarla işləyəcək.

Qeyd edək ki, Bilek məşqçi karyerası ərzində çexiyanın əsas və yeniyetmələr yığmasını, Tiflis "Dinamo"sunu, Slovakiya "Rujomberok"unu, vətənində isə "Sparta", "Viktoriya", "Vısoçina", "Xmel", "Teplitse" və "Zlin"i çalışdırıb.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest