Madrid "Real"ının qapıçısı Tibo Kurtua çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "İnter" (İtaliya) üzərində qazanılan 1:0 hesablı qələbədən sonra fikirlərini açıqlayıb. Matc.az xəbər verir ki, belçikalı qolkiper bildirib ki, komandası qələbəni onun seyvləri sayəsində qazanıb.
"Əla nəticə əldə etdik. Qurtarışlarım həlledici oldu. Amma "Real"da məndən gözlənilən budur. Bəlkə də "İnter" daha çox şeyə layiq idi. Qapımız qarşısında xeyli təhlükəli epizod yaratdılar" – deyə, Kurtua əlavə edib.
"Real" II turda sentyabrın 28-də "Şerif"i qəbul edəcək.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest