"Qəbələ" 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir. Matç.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 7-ci gününü başa vurub.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü bir məşqlə tamamlayıb. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşib. Futbolçular əsasən toplu çalışmaları icra ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest