19 Yanvar 2019, 22:28
FUTBOL
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XXIII turunda "Brayton"a 2:1 hesabı ilə qalib gəlib. Matç.az xəbər verir ki, bununla da Ole-Qunnar Sulşer klubun tarixində mütləq rekorda imza atıb.
Belə ki, Joze Mourinyonu baş məşqçi postunda əvəzləyən norveçli debütdə ardıcıl 6-cı çempionat qələbəsini qazanıb. Sulşer 1946-cı ildə ardıcıl 5 qələbə ilə debüt edən Mett Basbinin rekordunu arxada qoyub. ümumilikdə isə Sulşer startdakı qələbə sayını 7-yə çatdırıb.