19 Yanvar 2019, 22:33
FUTBOL
Fransa çempionatının XXI turunun "Genqam"la oyununda 9:0 hesabı ilə qalib gələn PSJ-nin futbolçusu Killian Mbappe "Qızıl buts" uğrunda mübarizədə liderliyə şərik olub. Matç.az xəbər verir ki, bugünkü qarşılaşmada het-trik müəllifi olan fransalı hücumçu cari mövsümdəki qol sayını 17-yə çatdırıb.
Mbappe bununla da "Barselona"nı ulduzu Lionel Messiyə çatıb. Hesablarında 34 xal olan bombardirlər "Qızıl buts" mübarizəsində şərikli liderdilər.
Qeyd edək ki, 3-cü yerdə "Liverpul"lu Məhəmməd Salah qərarlaşıb.