Portuqaliya çempionatının 2-ci liqasında növbəti oyunlar keçirilib. Matç.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" səfərdə "Porto"nun B komandası ilə qarşılaşıb.

Matçın ikinci 45 dəqiqəsində 2 qol vuran sonuncular ev qələbəsi qazanıb. Renat isə meydana oyunun 73-cü dəqiqəsində daxil olub. Məğlubiyyətə üzülən təmsilçimiz heç nəylə fərqlənməyib.

Qeyd edək ki, 18 oyunda 30 xal toplayan "Eştoril" 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest