Fransa çempionatında "Genqam"ı 9:0 hesabı ilə məğlub edən PSJ klub tarixinin rekordunu təkrarlayıb. Matç.az xəbər verir ki, bu nəticə Paris təmsilçisinin Liqa1-də ən böyükhesablı qələbəsidi.

PSJ indiyədək yalnız 1 dəfə 9:0-a sevinib. Bu da 2016-cı il martın 13-da "Trua" ilə görüşdə qeydə alınıb.

3 ildən sonra eyni hesabla qalib gələn paytaxt futbolçuları rekordu təkrarkayıb. PSJ həm də onları kubokdan kənarlaşdıran "Genqam"dan həmin məğlubiyyətin qisasını amansızlıqla alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest